Zərif Bakıya dəvət oldu

Azərbaycan Respublikasının xarici işlər naziri İranın xarici işlər naziri ilə görüşdə onu Bakıya səfərə dəvət edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad cümə günü Nyu-Yorkda BMT Baş Assambleyasının Sessiyasının kənarında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, müzakirə etdi.bu barədə Səhər kanalı məlumat verir.İran və Azərbaycan Respublikasının xarici işlər nazirlər bu görüşdə ikitərəfli əlaqələr, regional dəyişikliklər və regional əməkdaşlıqlar haqda fikir mübadiləsi apardılar.

Yaxın gələcəkdə Bakıda iki ölkənin müştərək komissiyalarının keçirilməsi, iki ölkənin əlaqədar məsul şəxslərinin energetika , nəqliyyat və müxtəlif sahələrdəki əməkdaşlıqlar barədə əldə edilən razılıqlar və müştərək layihələr haqda fikir mübadiləsinin aparması zərurəti Zəriflə Məmmədyarov arasında müzakirə mövzularından olub.

Həmçinin tərəflər bu görüşdə Xəzər Dənizinin Sahilyanı ölkələri arasında əməkdaşlıqların zərurətinə də təkid etdilər.

Exit mobile version