Zərif: İran öz hüququndan geri çəkilməyəcək

İranın xarici işlər naziri Yaponiya baş nazirinin xüsusi elçisi ilə görüşdə deyib: İran xalqı öz sülhməramlı nüvə hüququndan geri çəkilməyəcək və cənab Ruhanini seçməklə sübuta yetirdi ki, dünya ilə konstruktiv anlaşma ardıncadır.

Cənab Məhəmməd Cavad Zərif İran İslam Respublikasının əsaslı və prinsipial mövqeyini açıqlayıb və heç bir hüquqi və qanuni əsası olmayan birtərəfli sanksiyalar məsələsinə toxunaraq deyib: Biz fəal diplomatiya ilə sanksiya probleminin həllinə doğru irəliləyəcəyik və həmişə öz xalqımızın hüququnu vurğulamışıq.

İran və Yaponiyanın münasibətlərinin əhəmiyyətinə toxunan İranın xarici işlər naziri əlavə edib: Biz Yaponiyanı dünyada İran İslam Respublikası üçün təbii şərik adlandırır və ümidvarıq ki, iki ölkə qarşılıqlı potensiallardan ən yaxşı formada istifadə etsin.

↑
Mobil sürümden çık