
ABŞ Milli Təhlükəsizlik Agentliyi Yuta ştatında öz növbəsində ən böyük mərkəz olan elektron əlaqələri dinləmək üçün gizli mərkəzi yaratmaqdadır.
Səhər telekanalı internet portalının İran Təhlükəsizlik Nazirliyinin informasiya xidmətinə istinadla verdiyi məlumata görə, inşasına 2 milyard dollar vəsait xərclənən bu mərkəz elektron əlaqələri qeydiyyata almaq və izləmək üçün hazırlanır. Bildirildiyinə görə, bu mərkəz ən gizli və ən mürəkkəb mərkəz olacaqdır və hətta internet üzərində olan elektron əlaqələri də izləyə biləcəkdir.
Yuta mərkəzinin yaradılmasında məqsəd peyklərdən yer stansiyalarına gələn təhlil, sirlərin açılması, dünya əlaqələrini kütləvi şəkildə ehtiyata toplamaq və yeraltı kabellər və beynəlxalq sualtı şəbəkələr vasitəsi ilə yayımlanan xarici və daxili məlumatları əldə etməkdir.
Bu mərkəz 2 milyard dollar vəsaitlə 2013-cü ilin sentyabr ayında təkmilləşəcək və öz fəaliyyətinə başlayacaq. Müxtəlif serverlər vasitəsi ilə olan əlaqələr, limitsiz informasiya bazasında toplanan məlumatlar, o cümlədən şəxsi elektron məktublar, mobil telefon əlaqələri, istifadəçilərin google-da axtarışı, digər şəxsi məlumatlar, eləcə də avtopark qəbzi, səfər proqramları, kitab almaq və digər rəqəmsal kiçik vasitələr bu mərkəzin fəaliyyətinə şamil olacaq.
Son vaxtlara qədər bu proyektdə iştirak edən yüksək təhlükəsizlik məsul şəxslərindən biri deyir: Bu obyekt informasiya mərkəzindən daha genişdir. Yutada Blofdal mərkəzi başqa önəmli və gizli rola malikdir ki, indiyə qədər ifşa olunmayıb.
2011-ci ildə dünyanın 6,9 milyardlıq əhalisindən 2 milyarddan çoxu internetlə əlaqədə olub. 2015-ci ilə qədər İDC Şirkətinin bazar təhqiqatına əsasən, internetin 2,7 milyard istifadəçisi olacaq. Bu baxımdan Milli Təhlükəsizlik Agentliyi 1 milyon kvadratmetr genişlikdə məlumatları ehtiyatda saxlayan mərkəzə ehtiyaclıdır.
Yuta casusluq mərkəzinin inşa olunması xəbərinin yayımlanması elə bir halda hamının diqqətinə çatdırılır ki, bu mərkəz əsasən ABŞ sərhədlərindən kənar üçün nəzərdə tutulub. Əslində ABŞ belə məsələləri qabartmaqla öz virtual gücünü dünyaya nümayiş etdirmək istəyir. Başqa bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, hər halda hazırkı dünyada “kibernetik müharibə” qəbul edilmiş bir həqiqətdir.