Tehran iclasının iştirakçıları Suriya böhranının siyasi həlli yollarının izlənilməsi vacibliyini vurğulayraq, hər bir xarici müdaxilə ilə öz müxalifətlərini bildiriblər.
İranın xarici işlər naziri- Əli Əkbər Salehi Beynəlxalq Suriya İclasının sonunda bir mətbuat konfransında deyib: Bu iclasda iştirak edənlər Suriyadakı hazırkı böhranın yeganə həll yolu kimi əhatəli milli dialoqlara əsaslanan siyasi həll yollarının izlənilməsi vacibliyini vurğulayıblar. Onlar bu ölkədə döyüşən bütün tərəflərdən istəyiblər ki, kobudluqların şiddətlənməsindən çəkinərək, döyüşləri dayandırsınlar. İclas iştirakçıları bundan əlavə, Suriya xalqının tale təyinetmə haqqı və ölkəsinin idarəsində onun iradəsindən irəli gələn siyasi qrup və partiyaların fəal iştirakları və demokratiya üzrə qanuni tələblərini dəstəkləyiblər.
Salehi əlavə edib: İştirakçılar hər cür xarici müdaxiləni rədd edib, terrorçular tərəfindən Suriyada günahsız insanların qırğın olunmalarını kəskin tərzdə pisləyərək, Suriyaya silah və sursatların göndərilməsini beynəlxalq hüquq normaları və siyasi həll yolu ilə təzadlı bilib, onu vəziyyətin ağırlaşması amili kimi dəyərləndiriblər.
İclas iştirakçıları İran İslam Respubliksının bu böhranın siyasi həlli üzrə səyləri və Tehran iclasını keçirməsinə görə öz təşəkkürlərini bildiriblər.