ABŞ-da geyim istehsalçıları üzrə böyük şirkətlərin siyasətləri və onlar tərəfindən banqladeşli və xarici fəhlələrin istismar olunmasına etiraz edənlər bu şirkətlərin Nyu-Yorkun Menhettenində bir neçə satış mərkəzini işğal ediblər.
Onlarla etirazçı geyim istehsalı üzrə bəzi böyük şirkətlərin satış mərkəzlərini işğal ediblər.
Aksiyaçılar əllərində plakatlar daşıyaraq Banqladeşdə çalışan fəhlələrin gəlirinin çox az olması və onların təhlükəli iş şəraitinə etiraz ediblər.
Amerikanın bir çox böyük istehsalçı şirkətləri istehsal xərcini azaltmaq məqsədilə öz şirkətlərini Hindistan və Banqladeş kimi yoxsul ölkələrə köçürüblər və çox az maaş verərək onları istismar edirlər.
Bu şirkətlərin külli miqdarda gəlirləri olmasına baxmayaraq, onların xarici işçiləri çox acınacaqlı vəziyyətdə işləyirlər.
Ötən il noyabr ayında Banqladeşdə bir geyim fabrikində baş verən yanğın ən azı 112 nəfərin ölümü ilə nəticələnib.