İran İslam Respublikasının xarici işlər naziri nüvə müzakirələri prosesində İranın istənilən reaksiyasını sayıqcasına, hesablanmış və məqsədli adlandırıb.
Məhəmməd Cavad Zərif bu gün öz Facebook səhifəsində yazıb: Ötən bir neçə gündə amerikalılar tərəfindən qeyri-münasib mövqelər seçilmişdir və İran da məsələni hərtərəfli nəzərə alaraq ona cavab verəcəkdir.
İranın ABŞ-ın yeni sanksiyalarına reaksiyasına toxunan Zərif bildirib: İran İslam Respublikası Cenevrə müzakirələrini qətiyyətlə izləyir və əlbəttə hər bir qeyri-münasib, qeyri-konstruktiv hərəkətə münasib reaksiya verəcəkdir.
İran xarici işlər naziri nüvə məsələsində 5+1 qrupu ilə yekun anlaşmaya toxunaraq qeyd edib: Müzakirə və nəticənin əldə olunması çətin proseduradır və çoxlu eniş-yoxuşu vardır.
ABŞ-ın Xəzinədarlıq Nazirliyi ötən həftə cümə axşamı günü 19 iranlı və xarici şəxs və şirkətin adını İrana qarşı sanksiyalar siyahısına əlavə edib.