Zərif: Zənginləşdirmə prinsipi qətidir və müzakirə olunası deyildir

İran İslam Respublikasının xarici işlər naziri zənginləşdirmə prosesini İran üçün qəti, müzakirə olunmayacaq və qəbul olunmuş adlandırıb.

 

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın cənubunda Qum şəhərində jurnalistlərə verdiyi müsahibədə zənginləşdirmə prinsipinin qəti, müzakirə olunmayacaq və qəbul olunmuş olduğunu bəyan edərək deyib: Bu sənəd İran İslam Respublikası tərəfindən birtərəfli bəyanat deyildir və ikitərəfli anlaşma hesab olunur. Qarşı tərəf bu məsələni istənilən həll yolunu əldə etmək üçün əsaslardan biri kimi qəbul etmişdir.

“İran və 5+1 qrupu arasında nüvə anlaşması yol xəritəsini təyin edir ki, müəyyən məqsədlərə əsasən bir anlaşma əldə edilsin. Əlbəttə dövrün yekun addımı da müəyyənləşəcəkdir.

Yekun dövrün nə qədər uzun çəkəcəyi müzakirələrin bir hissəsidir və yekun mərhələdə zənginləşdirmənin hansı çərçivədə olacağı ilə bağlı anlaşma əldə olunması qərara alınıb” –deyə Zərif söyləyib.

Bu altı aylıq dövrün növbəti çətin dövrlər üçün etimad yaratma dövrü olduğunu bəyan edən İran xarici işlər naziri xatırladıb: İşin çətin mərhələsi hələlik başlanmayıb və hazırda çox çətin olan müzakirələrə daxil olmaq lazımdır.

Zərif bir daha qeyd edib ki, İslam Respublikasının heç bir şeyi gizlətmək niyyəti yoxdur və heç vaxt atom silahı ardınca olmayıb.

İran xarici işlər naziri həmçinin İran parlamenti tərəfindən əlavə protokolun təsdiqlənməməsi ilə bağlı Cenevrə anlaşmasının taleyi barəsində deyib: Parlamentin İranın əlavə protokola qoşulmasını qəbul edib-etməmək haqqı yerindədir və onun barəsində qərar çıxarma mərhələsi zamanı çatdıqda parlament ölkənin əldə etdiyi imkan və imtiyazlar toplusuna əsasən bu barədə qərar çıxaracaq.

İranın etimad yaratma addımlarına toxunan xarici işlər naziri əlavə edib: İranın qonşu ölkələrinin nigaran olma səbəbi yoxdur və bu ölkələr İranın xarici siyasətində prioritetin onlarla əlaqə qurmaq olduğunu bilməlidirlər.

“İran xalqı ölkədə qərb və Amerikanın keçmişindən narahat və qəzəblidir və bu keçmiş səbəb olub ki, xalq ABŞ-a etibar etməsin” deyən Zərifin sözlərinə görə, qərb ölkələrinə fürsət verildi və onların siyasətlərində dəyişikliyi gözləmək lazımdır.

İran xarici işlər naziri sionist rejimin İranla bağlı dezinformasiyaları barəsində də deyib: Bu rejim uzun illər milyardlarla dollar vəsait sərf etməkdən əlavə, istənilən növ təhdid və tamahkarlıq siyasətindən istifadə edib ki, nüvə İranı təhlükəsini genişləndirsin və bu məqsədlərinin itirildiyi hazırkı zamanda İrana qarşı müxtəlif üsullara əl atır.

↑
Mobil sürümden çık