İranXƏBƏRLƏR

Zərifin İslam Şurası Məclisinə hesabatı

İran İslam Respublikasının xarici işlər naziri bu gün İslam Şurası Məclisinin açıq iclasında nüvə müzakirələri ilə bağlı çıxış edib.

 

Məhəmməd Cavad Zərif deyib: Bütün müsahibələrdə dedim ki, Qərb İran xalqının etimadını cəlb etməlidir və bəzi addımlar etimad yaratmaq yerinə etimadsızlığa səbəb olur.

Zərif daha sonra vurğulayıb: hələ də bildirirəm ki, biz bir sınaq və fürsət dövründəyik. İran xalqı Qərb dünyasına bir fürsət verib ki, bir daha bu xalqın böyüklüyündən istifadə etsin, fürsəti qənimət bilsin və itirilmiş etimadı bərpa etsinlər.
İranın xarici işlər naziri daha sonra deyib: Təhlükəsizlik Şurasının sanksiyalarının götürüləcəyi təqdirdə, Amerikanın digər sanksiyaları kağız parçasından artıq bir şey olmayacaq. Necə ki, ötən 35 ildə bizə qarşı bu sanksiyaları tətbiq edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu