İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri regionda zorakılıq və ifratçılıqla hərtərəfli mübarizənin vacibliyini vurğulayıb.
Əli Əkbər Salehi bu gün Yəməndə terror aktında iranlı diplomatın şəhid olması ilə əlaqədar verdiyi müraciətdə bildirib: İslam dünyasında belə cinayətlərin təkrarlanması dini borc kimi zorakılıq və ifratçılıqla hərtərəfli mübarizənin zəruriliyi ilə əlaqədar İranın prinsipial mövqeyini təsdiq edir.
Ötən şənbə günü Yəmənin paytaxtı Sənanın mərkəzində yerləşən əl-Şəmliyyə məntəqəsində silahlı şəxslərin atəşinə məruz qalan İranın 57 yaşlı diplomatı və İran səfirliyinin maliyyə və konsulluq məsələləri üzrə məsul şəxsi şəhid Əbülqasim Əsədinin cəsədi bu gün bazar ertəsi Yəməndən İrana gətirilib.