AzərbaycanXƏBƏRLƏR

Əbiyev Minsk Qrupunun yararsızlığından danışdı

Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Səfər Əbiyev “Silahlı Qüvvələri gücləndirərək torpaqları azad etməkdən başqa yol qalmır”!

General-polkovnik Səfər Əbiyev bu sözü Azərbaycanda səfərdə olan Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdə deyib.

Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı hərbi sahədə əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Nazir Səfər Əbiyev koreyalı qonaqları bölgədəki gərgin hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb və qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunmuş Azərbaycan torpaqları 20 ilə yaxındır ki, geri qaytarılmır, münaqişənin dinc yolla həllinə cəhdlər göstərilməsinə baxmayaraq Minsk Qrupunun fəaliyyəti də indiyədək nəticə verməyib.

Qeyd etmək lazımdir ki, rəsmi Bakı AŞ və NATO qarşısında DQ məsələsində hərbi vasitəyə əl atmayacağına dair rəsmi öhdəlik boynuna götürüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu