İran Məclisinin deputatları informasiya nazirinin təyinatı qayda və şərtləri haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı layihənin 2-ci maddəsini təsdiqləyiblər.
Yeni maddəyə əsasən, informasiya nazirinin seçilməsi şərtlərinə ictihad səviyyəsində təhsillə yanaşı magistratura təhsili də əlavə olunur. Qərarın qüvvəyə minməsi Konstitusiyanın Mühafizəçiləri Şurasının təsdiqindən asılıdır.

