Əfqanıstan xalqı aksiya keçirərək əcnəbi qüvvələrin hücumu nəticəsində iki mülkinin qətlə yetirilməsini pisləyiblər.
Əfqanıstan əhalisindən ibarət minlərlə nəfər o cümlədən , Zabol vilayətinin qəbilə başçıları bazar günü aksiya keçiriblər.
Aksiyaçılar Əfqanıstanda yerləşən əcnəbi qüvvələrə qarşı şüarlar səsləndirib bu qüvvələrin hücumu nəticəsində iki mülki vətəndaşın həlak olmasını pisləyiblər.
Bir ailənin iki üzvü şənbə günü Zabol vilayətinin Şahcuy məntəqəsində əcnəbi qüvvələrin əməliyyatı nəticəsində həlak olublar.
