
Soyuq müharibə dövrü sona çatdıqdan sonra Rusiya və Çinin iqtisadi, siyasi və təhlükəsizlik münasibətləri irəliləyişin şahidi olmuşdur. Eyni zamanda Rusiya və Çin beynəlxalq və regional məsələləri bir-birinin siyasi baxışlarına riayət etməklə izləyirlər.
Çinin yeni prezidenti Si Tszinpin cümə günü 22 martda öz ilk xarici rəsmi səfərində Rusiyaya səfər etdi. Rusiya prezidenti Vladimir Putin bu 3 günlük səfərdən öncə ötən 5 il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin artdığına toxunaraq demişdi ki, Rusiya və Çin heç vaxt bu qədər yaxşı münasibətlərə malik olmayıblar və Çinin yeni prezidentinin öz ilk xarici səfərinin Rusiya olması iki ölkə arasında strateji əməkdaşlığın xüsusi mahiyyətini göstərir.
Si Tszinpin də ilk xarici səfərinin Rusiyaya olmasını Çinin xarici siyasətində bu ölkə ilə münasibətlərin prioritetinin nişanəsi adlandırıb.
Bu səfərin nailiyyəti Moskva və Pekin arasında strateji əməkdaşlığın gücləndirilməsidir. Bu məsələ iki ölkə başçısının görüşündə də vurğulandı.
Qeyd etmək lazımdır ki, soyuq müharibə sona çatdıqdan sonra Rusiya və Çinin iqtisadi, siyasi və təhlükəsizlik münasibətləri irəliləyişdə olmuşdur.
Eyni zamanda Rusiya və Çin beynəlxalq və regional məsələləri bir-birinin siyasi baxışlarına riayət etməklə izləyirlər.
Putin Rusiya və Çinin iqtisadi, ticarət münasibətlərinin inkişafda olduğuna toxunaraq bildirib ki, yaxın gələcəkdə iki ölkənin ticarət dövriyyəsi 100 milyard dollara çatacaq və iki tərəf bu dəyərin 150 milyard dollara çatmasını məqsəd görürlər.
Çin prezidenti də Rusiyaya öz səfərinə toxunaraq bu səfəri Pekin üçün yüksək əhəmiyyətli adlandırıb.
Rusiya və Çin prezidentlərinin görüşü zamanı müxtəlif sahələrdə 20 əməkdaşlıq sənədi və memorandumu imzalanıb.
Şərqi Sibir qaz boru kəməri ilə Rusiyadan Çinə qaz ixracı üzrə müqavilə, eləcə də modern texnologiyalar sahəsində əməkdaşlıq memorandumu imzalanan sənədlərdən olub. İki ölkə həmçinin investisiya sahəsində də razılaşma imzalayıblar. Bu razılaşmaya əsasən Çin Rusiyada investisiya layihələrinə 5 milyard dollar vəsait yatıracaq. Rusiya ümidvardır ki, Çinə öz neft ixracatını artırsın. Çinə neft ixracını üzərinə götürən Rus Neft dövlət şirkətinin prezidenti İqor Seçin hazırda ildə 15 milyon xam neftin Çinə ixrac olunduğuna toxunaraq bildirib: Gələcəkdə bu rəqəmin 50 milyon tona çatması mümkündür.
Rusiya prezidenti Vladimir Putin öz çinli həmkarı ilə neft əməkdaşlığı müqaviləsini imzaladıqdan sonra deyib: Mən və çinli həmkarım ticarət, iqtisadiyyat, humanitar məsələlər və digər məsələlərdə əməkdaşlıqların genişləndirilməsi barəsində razılıq əldə etdik.
Putin bildirib: İkitərəfli müştərək layihələrin mövcud olması ticarət dövriyyəsinin yaxın gələcəkdə 150 milyard dollara çatacağını vəd edir.
Çinin yeni prezidenti Si Tszinpin də bildirib ki, Rusiya və Çin müxtəlif və önəmli regional və beynəlxalq məsələlərdə oxşar və yaxın mövqelərə malikdirlər və iki tərəf arasında çoxlu ortaqlıq və mənafe mövcuddur.
Moskva və Pekin həmçinin İranın nüvə məsələsində də müştərək mövqeyə malikdirlər. Halbuki 5+1 qrupunun tərkibindəki qərb ölkələri İranın nüvə hüququna etina etmədən İran tərəfindən tələblərinin yerinə yetirilməsində israrlıdırlar. Bu iki ölkə “altılar” qrupunun iki üzvü olaraq İranın nüvə məsələsinin həlli üçün müzakirə və danışıqlar strategiyası, o cümlədən addım-addım həll yolunu vurğulayırlar.
Rusiya və Çin həmçinin ikitərəfli əməkdaşlıqlar və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ABŞ-ın əsas iki rəqibi olaraq Amerikanın hərbi və təhlükəsizlik hədələri ilə mübarizə üçün müştərək mövqelər seçməyə səy göstərirlər.
