
İran İslam Respublikasının Beyrutdakı səfiri Əl-Aləm Telekanalı ilə eksklusiv müsahibəsi zamanı Livanda Hesam Xoşnivis adlı ilə tanınan Livanın Yenidən Bərpası Qərargahının sədri Şəhid Şaterinin terror edilməsi haqdakı ziddiyyətli xəbərləri təkzib edib.
Səhər Telekanalı Saytının verdiyi məlumata görə Qəzənfər Roknabadi sonra belə vurğulayıb: “ Bu terrorçu hərəkətdən ən böyük mənfəət əldə edən sionist rejimdir”.
Roknabadi Əl-Aləmə sonra deyib: “ Xoşnivis Dəməşqdən Beyruta geri dönərkən şəhid edildi və biz onun şəhid edilməsi məsələsini izləyirik”.
Xoşnivisin şəhid edilməsi tərzi haqda ziddiyyətli xəbərlərin yayımlanmasına toxunan Roknabadi sonra deyib: “ Bu xəbərlər heç bir vəchlə həqiqətə uyğun deyildir. Xüsusilə Hisam Xoşnivisin iki həftə öncə sionist rejimin Rif-Dəməşqdəki Cəmraya məntəqəsinə qarşı hava hücumu zamanı şəhid edilməsi iddia edilən “Azad Ordu” adlı qruplaşma tərəfindən yayımlanan xəbər doğru deyildir.
İranın Beyrutdakı səfiri sonra belə vurğulayıb: “ Sionist rejim öz muzdurlarından istifadə edərək, Hisam Xoşnivisi şəhid etdi. Xüsusilə ki, Xoşnivis sionist rejimin 2006-cı ildə Livana qarşı təcavüzkarlığı nəticəsində dağıntıların yenidən bərpası haqda məsul şəxs idi. Roknabadi sonra deyib: “ Şəhid Xoşnivis Dəməşqdən Beyruta gedən yolda silahlı şəxslərin bilavasitə hücum hədəfinə çevrildi”.