
Suriyanın Milli Ordusunun bu ölkənin Homs şəhərinin ətrafında yerləşən terrorçuların mövqelərinə hücumunda 60-dan çox terrorçu öldürülüb, başqa onlarla nəfər isə yaralanıbdır.
Səhər Telekanalı Saytının Əl-Aləm müxbirinə istinadən verdiyi məlumata görə bazar günü axşam Suriya Milli Ordusunun Homs-un ətrafındakı Əl-Qəsir məntəqəsinə qarşı hücumu zamanı 60-dan çox terrorçu öldürülüb, onlarla terrorçu isə yaralanıb.
Başqa tərəfdən Dəməşqin ətrafında yerləşən Bəbila məntəqəsində terrorçu qruplaşmalar bir-birinin canına düşüblər ki, bu toqquşmalar zamanı iki terrorçu qruplaşmadan ən azı 13 terrorçu öldürülüb
