DünyaXƏBƏRLƏR

Rafiq Tağının ölümü bir daha gündəmə gəlir

Müsəlmanları İdarəsinin yazıçı Əkrəm Əylislini islamdan xaric sayması ilə bağlı sorğu aparan ABŞ-ın Bakıdakı internet saytı olan Media forum mürtəd yazıçı Rafiq Tağının ölümünü bir daha gündəmə gətirib.

Media forum Rafiq Tağının ailəsinin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqova istinadən yazib : “Siyasi iradə olsa, Rafiq Tağının qətli günü sabah açıla bilər!”
Elçin Sadıqov bildirib : “Rafiq Tağının hərəkət edən ərazidən hərəkət etmiş bütün avtomobillərin siyahısı prokurorluğa bəllidir. Bunun bəlli olmaması imkanı da yoxdur. Ona görə ki, həmin ərazidə Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin müvafiq kameraları var. Həmin kameralarla oradan keçən avtomobillərin dövlət qeydiyyat nişanını müəyyən etmək mümkündür. Rafiq Tağı da öz müsahibəsində qeyd etmişdi ki, qatil onu vurandan sonra avtomobilə minib, hadisə yerindən qaçırılıb. Həmin avtomobil tapılıbsa, qətlin üstünün açılması yüz faiz mümkündür. Ancaq bu işi prokurorluğun araşdırmaq niyyəti yoxdur.”
Digər bir xəbərdə bu sayt Əylislinin barəsində QMİ-nin qərarını diqqətə çatdırıb!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu