Misirin konstitusiya məhkəməsinin sədri Ədli Mahmud Mənsur bu ölkənin müvəqqəti prezidenti kimi and içib.
Misirin müvəqqəti prezidenti bu ölkə vətəndaşlarından istəyib ki, öz inqilabçı ruhiyyələrini qorusunlar və inqilabın prinsiplərinə sadiq qalsınlar.
Ədli Mahmud Mənsur andiçmə mərasimindən sonra deyb: Keçid dövründə prezidentlik vəzifəsini fəxrlə icra edəcəyəm.
O əlavə edib: Mən inqilabçılardan istəyirəm ki, meydanı tərk etməsinlər və öz inqilablarının bayrağını nəsillərdən-nəsillərə ötürsünlər.
Misirin Müsəlman Qardaşları hərəkatına bağlı Azadlıq və Ədalət Partiyası isə bır bəyanat yayaraq, öz tərəfdarları və devrilmiş prezident Mursinni tərəfdarlarından istəyib ki, Qahirədə aksiya keçirsinlər.