Misir prezidenti əcnəbi qüvvələrin, Suriyanın daxili işlərinə müdaxiləçiliyinin əleyhinə olduğunu bildirib.
Misirin müvəqqəti prezidenti Ədli Mənsura istinadən yazıb: Əncənbi qüvvələr Suriyaya hərbi hücum barədə bu ölkənin daxili işlərinə burun soxmamalıdır.Çünki digər ölkələrin daxili işlərinə müdaxiləçilik beynəlxalq qurum və təşkilatların baxımından yol verilməzdir.
Ədli Mənsur əlavə olaraq deyib: iki il yarım bundan öncədən Suriyada baş qaldıran böhran ,artıq diplomatik və siyasi danışıqlar tərzi ilə həll olunmalıdır.
Mənsur əlavə olaraq deyib: Misir, Suriyada istifadə olunan kimyəvi silahlar haqda BMT-nin monitorinq qrupu tərəfindən aparılan araşdırmaların nəticələrinin elan edilməsini gözləyir.
