Misirin müvəqqəti prezidenti bu ölkədə parlament seçkilərinin vaxtını elan edib.
Misirin müvəqqəti prezidenti Ədli Mənsur dünən bir fərman imzalayaraq parlament seçkilərinin 2014-cü ildə keçirilməsini müəyyənləşdirib.
Misirdə parlament seçkilərinin keçirilməsindən sonra, bu ölkədə prezident seçkilərinin vaxtı müəyyənləşdiriləcək.
Müvəqqəti prezidentin fərmanına əsasən, konstitusiyada dəyişikliklərin edilməsi üçün isə 6 ay möhlət təyin olunub.