İranXƏBƏRLƏR

“Bir çox ölkənin İranla anlaşmağa hazır olması münasib məsələdir”

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bir çox qərb və Avropa ölkəsinin İran İslam Respublikası ilə əlavə dialoq və anlaşmağa hazır olmasını münasib məsələ adlandırıb.

İRİB-in məlumatına görə, İran XİN sözçüsü Seyid Abbas İraqçı çərşənbə axşamı günü daxili və xarici jurnalistlərlə mətbuat konfransı keçirib. İraqçı İranın yeni hökumətinin gələn günlərdə işə başlaması və bəzi ölkələr, o cümlədən İngiltərə və ABŞ-ın Tehranla müzakirə üçün hazırlığını bildirmələri barəsində əlavə edib: İran İslam Respublikası sionist rejim istisna olmaqla bütün ölkələrlə müzakirəyə hazırdır.

İraqçı Tehran-Vaşinqton müzakirəsi barəsində deyib: İslam Respublikası ABŞ-ın praktiki addımlar atması, siyasətlərində ciddi dəyişikliklər aparması və praktiki səhnədə bu ölkənin yeni strategiyalarının başlamasını gözləyir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Misir prosesləri barəsində İranın digər ölkələr, həmçinin bu ölkənin yeni rəsmiləri ilə məsləhətləşmələri ilə bağlı deyib: İran xarici işlər naziri Əli Əkbər Salehi Misirin Xarici İşlər Nazirliyinin başçısı, müvəqqəti prezidentinin müavini, eləcə də regional rəsmilərlə birbaşa məsləhətləşmələr aparmışdır və bu istiqamətdə Türkiyəyə də qısa müddətli səfəri oldu.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin baş nazirinin İran xalqının seçdiyi prezidentə qarşı açıqlaması və onu dolayısı ilə təhqir etməsi barəsində də deyib: Onun İranda xalqın geniş iştirakı ilə seçkilərin keçirilməsi və möhtəşəm qəhrəmanlığın yaradılmasından qəzəblənməsi tamamilə anlaşılasıdır.

“Xalqın iştirakının beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanması və müsbət atmosferin yaranmasının da Netanyahunu əsəbiləşdirməsi dərk olunasıdır və bütün ömrü vəhşilik və quldurluqla dolu olan rejimdən təhqiramiz açıqlamaların eşidilməsinin heç bir yeniliyi yoxdur” –deyə İraqçı əlavə edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu