Fələstində çıxan əl-Minar həftəliyinin məlumatına görə, Suriyanın müxtəlif məntəqələrində 500-dən artıq terror dəstəsi fəaliyyət göstərir. Bu terror dəstələrinin üzvlərinin 85%-in isə digər ölkələrdən Suriyaya gətirilmiş terrorçular və cinayətkarlar təşkil edir.
Suriyada 500 terror dəstəsi fəaliyyət göstərir və hər bir dəstədəki terrorçu və cinayətkarların sayı, həmin dəstəni hansı tərəfin himayə etməsindən asılıdır.
Bu terror birləşmələri və cinayətkar dəstələr Vaşinqton və Təl-Əviv ilə ahəngdarlaşdırılmış formada Ərəbistan başçıları və Qətər şeyxləri tərəfindən maliyyələşdirilirlər. Onlar vahid bir missiyaya xidmət edirlər. Məqsəd isə ABŞ və İsrailin mənafeyini təmin etmək üçün Suriya xalqını qırğın etmək, bu ölkəni xaraba qoymaqdır.
Bu mənbələr Suriyadakı terrorçular və cinayətkarların 85%-i müxtəlif ölkələrdən Ərəbistan və Qətərin təhlükəsizlik və kəşfiyyat orqanı agentləri tərəfindən Suriyaya gətirilib. Bu terrorçular və cinayətkarlar Ərdoğan hökumətinin Türkiyə ərazisində onlar üçün ayırdığı xüsusi düşərgələrdə hərbi təlimlər keçdikdən sonra İsrail silahları ilə silahlandırılıb, ərəb şeyxlərinin pulu ilə Suriya xalqını qırğın etməyə yollanırlar.