Əfqanıstan hökuməti ikitərəfli təhlükəsizlik razılaşması barəsində ABŞ-la müzakirəni təxirə salıb.
Əfqanıstan hökuməti ABŞ hökuməti ilə təhlükəsizlik razılaşması barəsində müzakirələri “Amerikanın ziddiyyətli funksiyalarına” görə naməlum müddətə təxirə salıb.
Bu telekanal bu xəbər barəsində ətraflı məlumat verməyib.
Rəsmi Kabil Vaşinqtonla müzakirəni elə bir halda təxirə salıb ki, ABŞ sabah Dohada Talibanla birbaşa müzakirə edəcək.
Vaşinqton bundan öncə Talibanla ilkin danışıqlar aparıb.
Taliban bundan öncə ABŞ-la birbaşa istənilən müzakirəni işğalçıların Əfqanıstandan çıxmaları ilə şərtləndirmişdi. Əfqanıstan Talibanının siyasi ofisi ötən gün Qətər paytaxtı Dohada açılıb.