Yəmənin şimalında baş verən partlayışda 3 nəfər həlak olub.
Bu gün Yəmənin şimalında Sədə şəhərində bazarda bomba quraşdırılmış bir velosipedin partladılması nəticəsində 3 nəfər həlak olub, 10 nəfər yalanıb.
Yəmən ordusunun zəifliyi, əl-Qaidəyə bağlı terrorçu qruplaşmaların bu ölkədə fəaliyyətlərini genişləndirmələri ardınca, Yəməndə de-stabillik artmışdır.
Bundan öncə də Yəmən Daxili İşlər Nazirliyi bildirib: Əl-Qaidəyə bağlı Ənsar əl-Şəriə qruplaşması Yəmənin cənub-şərqində Həzərmut vilayətinin mərkəzində aktivləşmişdir.