AfrikaXƏBƏRLƏR

Misirin Ali Məhkəməsi Amerika səfirinin bu ölkədən çıxarılmasını istədi

Misirin Ali Məhkəməsi Amerikanın Qahirədəki səfirinin müdaxiləçi sözlərinin ardınca, onun bu ölkədən çıxarılması yollarının araşdırılmasını istəyib.

Birləşmiş Ərəb Əmirliklərində yayımlanan Əl-Xəlic Qəzeti çərşənbə günü özünün Qahirədəki nümayəndəsinə istinadən belə məlumat verib: Bir qrup misirli vəkil Amerikanın Qahirədəki səfiri Ann Patersonun Misirin xarici siyasətlərindəki aşkar müdaxilələri, habelə onun Misirdə daxili ixtilaflara zəmin yaratmaq üzrə cəhdlərinə etiraz olaraq, Misirin Ali Məhkəməsindən istəyiblər ki, bir məhkəmə qərarı ilə onun Misirdən deportasiya edilməsini istəsin.

Bu məlumata əsasən Misirin tanınmış vəkillərindən olan Tariq Mahmud deyib: Misir dövlətinin bəzi region ölkələrinin müdaxilələri üzrə problemdən əziyyət çəkdiyi bir halda, Amerikanın səfiri Misirdəki siyasi cərəyanlar arasında nifaqın yaradılmasına zəmin yaradır.

Onun sözlərinə görə Amerikanın Qahirədəki səfirliyinin bəzi siyasi cərəyanlara qeyri-qanuni maliyyə yardımları da, Amerikanın Misirin daxili işlərinə qeyri-qanuni müdaxilələrindən başqa bir nümunədir.

Misirin Ali Məhkəməsi də bir bəyanatda vurğulayıbdır ki, tez bir zamanda bu mövzunu araşdıracaq və nəticəni ümumi fikrin diqqətinə çatdıracaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu