AsyaXƏBƏRLƏR

Stavropolda hicab qadağası qüvvədə qaldı

Rusiya Ali Məhkəməsi Stavropol vilayətinin ümumtəhsil məktəblərində hicab qadağasını qüvvədə saxlayıb.

Müvafiq qərar Stavropol məhkəməsi tərəfindən Rusiyada təhsilin dünyəvi xarakter daşıması əsas gətirilərək qəbul edilib.
“Təhsil alanların xarici görünüşü biznes stilinə müvafiq olmalı və dünyəvi xarakter daşımalıdır.” – birinci instansiya məhkəməsinin qərarında belə deyilir.

Bu qərar Stavropol vilayətinin müsəlman icmasını qane etməyib. Onlar dini etiqadı əks etdirən paltarların geyinilməsinə qoyulan qadağanın ölkə konstitusiyası ilə nəzərdə tutulmuş hüquqları pozduğunu əsas gətirərək Ali Məhkəməyə şikayət ediblər. Bu qərardan sonra müsəlmanlar uşaqlarını dini məktəblərə (mədrəsə) aparmaq və eksternat təhsil üsuluna keçmək məcburiyyətində qalıblar.
Hicaba qoyulan qadağa ötən ilin sentyabrında beş nəfərin hicabda olduğu üçün məktəbə buraxılmamasından sonra böyük ictimai rezonansa səbəb olub. Həmin vaxt şagirdlərə həmin məktəbin formasını geyinmək tövsiyə olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu