AzərbaycanXƏBƏRLƏR

Qətlə yetirilmiş tənqidçi jurnalist anılacaq

2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilmiş tənqidçi jurnalist Elmar Hüseynovun ad günü İyulun 17-də onun məzarı üstündə qeyd olunacaq.

Nahaqq yerə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov hələdə oğlunun qatillərinin tapılıb cəzalandırılmasını istəyir.

Sabir Hüseynov deyib: “Yalnız bir təsəllim var – onu yad etmək. Hər il ad günündə, ölümü günündə Elmarın məzarını çox insan ziyarət edir, sağ olsunlar. Amma Elmarı geri qaytarmaq mümkün deyil… Vaxt gələcək, hər şey yerində olacaq, buna arxayınam”.

Sabir Hüseynov qeyd edib ki, istintaqda yenilik olmasa da, qətli kimlərin törətdiyi bilinir.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi aparır.

Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov.

Sabir Hüseynov bunula bağlı deyib : “Qatil haqqında deyilənlərin hamısı bir nağıl idi. İndi hər şey açılıb. Onsuz da məzarı üstündə hər şeyi açıq danışırlar. Göydə Allah var, oğlumu öldürənlərin cəzasını verəcək”.
İndiyədək onlar tapılmayıb. Jurnalistin ölümündən bir il sonra onun həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu