AzərbaycanXƏBƏRLƏR

Elmar Hüseynovun qətlinin üstünün açılması tələb olunub

Bu gün Martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 8 il keçir.
Mərhum jurnalistin qətlə yetirilməsinin 8-ci il dönümündə ictimaiyyət nümayəndələri, siyasi partiyaların təmsilçiləri onun məzarı kənarında mərhum jurnalisti yad ediblər və bu siyasi qətlin üstünün açılmasını tələb ediblər.
Elmar Hüseynovun məzarı başında çıxış edənlər qətlə görə mövcud hakimiyyəti itiham ediblər.
İstintaq orqanları isə jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər.
2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.
Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla ağzından vurulan güllə ilə qətlə yetirilib. Jurnalistin ağzına  tapançadan 7 dəfə atəş açılıb.
Bu qətlə etirazların nəticəsində həmən günlər Azərbaycan Respublikası iqtidarı Gürcüstanda və Okrayniyada journalist qətli ilə başlanan rəngli inqılablara xatir bərk vahiməyə düşüb qətlin üstünü  açacağını vurğulamışdır. Lakin 8 il keçsədə hələ də bunu edə bilməyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu