
Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət zamanı meyiti tapılan əsgər Allahverdiyev Seymur Mürvət oğlunun dəfn mərasimi bu gün təxirə düşsə də baş tutub.
əsgərin meyiti dünən sabah saatlarında Göyçay rayonuna gətirilərək qohumlarına təhvil verilsə də, onun Rusiyada olan valideynləri və qardaşı bu gün kəndə gəliblər və əsgərin atası Mürvət Allahverdiyev meyitin yenidən tibbi ekspertizadan keçirilməsini tələb edib. Valideyn oğlunun odlu silahdan açılan güllə ilə ölmədiyini, onun avtomatın qundağı və ya küt alətlə döyülərək öldürüldüyünü iddia edir.
Dəfn mərasimi bu gün saat 12:00-a təyin olunsa da, qeyri-müəyyən vaxtadək təxirə salınıb. Ancaq günortadan sonra dəfn mərasimi başlayıb.
Yas mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak edir.
Əsgərin valideynləri və qohumları mərasimə gələn hər bir şəxsə böyük hörmət etdiyini, onların yasına hörmət etməyi və vəziyyəti müxtəlif istiqamətə yönəltməməyi xahiş edib.
Meyitin yenidən ekspertizadan keçirilməsi üçün rayona Bakıdan nümayəndələrin gələcəyi gözlənilirdi.
əsgər Allahverdiyev Seymur Mürvət oğlu fevralın 28-də postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.
17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyevin gələn ay hərbi xidmətdən tərxis olunacağı gözlənilirdi. Əsgərləin faciəli ölümü ilə bağlı soial şəbəkələrdə Mart ayının 10-a Bakıda etirz aksiyası çağrışı verilib.
Digər tərəfdən bu olayın baş verdiyi zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində olması social şəbəkə istifadəçilərin diqqətini cəlb edib.
Dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir.
Prezident İlham Əliyev kanat lifti ilə kompleksin ərazini gəzib.
Bildirildi ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən “Qafqaz Resort” otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir.
Yanvarın 1-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə ölən əsgər Ceyhun Qubatovla bağlı «Fəvvarələr» meydanında aksiya geçirilmişlerdi. Aksiyada “Əsgərimiz ölməsin, ordu morqa dönməsin”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ali Baş Komandan, bizə cavab ver!” və s. şüarları səsləndirilmişdir.