
Minlərlə etirazçı gənc Bakıda aksiya keçirib
Azərbaycan Respublikasında minlərlə gənc bu gün günortadan sonra Bakının Fəvvarələr meydanında aksiya keçirərək bu ölkə əsgərlərinin işgəncə və pis rəftarlar nəticəsində ölməsinin davam etməsinə etiraz edib.
Polis gözyaşardıcı qazlar, su şırnağı və rezin güllələrdən istifadə edərək aksiyaçıları dağıdıb, həmçinin müxtəlif etiraz dəstələrinin həmin məkana daxil olmasına mane olub.
Bu məlumata görə, polis həmçinin onlarla nəfər, o cümlədən bir neçə jurnalisti həbs edib və etirazçı gənclərin əsgər ölümləri və əsgərlərlə pis rəftara son qoyulmasını tələb edən plakatları yığışdırıb.
Aksiyaçılar “Hərbi hissələr morqa çevrilməsin!” kimi şüarlar səsləndirərək rəsmilərin bu məsələni araşdırmasını tələb ediblər.
Bu aksiya hökumətə müxalif gənclər təşkilatlarının sosial-ictimai şəbəklələrdə çağırışları ilə keçirilib. Halbuki yüzlərlə polis və təhlükəsizlik qüvvəsi Fəvvarələr meydanına bitişən küçə və prospektlərdə güclü təhlükəsizlik tədbirləri icra edib.
Bugünkü aksiya Qazaxda hərbi hissədə Azərbaycan ordusu əsgəri Seymur Abdullayevin ölməsi və onun şəkillərinin internet saytlarında yayılması ardınca keçirilib.
Bu əsgər ailəsinin qənaətincə, övladları işgəncə və pis rəftar nəticəsində həlak olub və onun intihar etməsi ilə bağlı Qazax hərbi hissəsi rəsmilərinin iddiası düzgün deyildir.
Bu məlumata görə, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri Gəncədə oxşar aksiya keçirilib. Bu aksiya ötən iki ay ərzində hərbi hissələrdə əsgərlərin ölümü və onlarla pis davranışa etiraz əlaməti olaraq keçirilən ikinci böyük aksiyadır.
Ötən 12 yanvarda da Azərbaycan Respublikası ordusunun əsgəri və ailənin yeganə oğlu Ceyhun Qubadovun Daşkəsən hərbi hissəsində işgəncə nəticəsində ölməsi ardınca, minlərlə etirazçı gənc “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hərbi hissələr morqa çevrilməsin” və “Ya Qarabağ, Ya ölüm” kimi şüarlar səsləndirərək aksiya keçirib. Bundan öncə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bu aksiyanın qeyri-qanuni olduğunu vurğulayaraq aksiyanın keçirilməsi barəsində xəbərdarlıq etmişdi.