AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Hicab məhbusu işgəncə edilir

5 oktyabr 2012-ci ildə Azərbaycan Təhsil nazirliyinin qarşısında keçirilən “hicaba azadlıq” aksiyasında həbs olunan Elçin Quliyev işgəncə olunur. O camaat namazları təşkil etməsi səbəbilə də karsa salınıb.

Bu barədə İslamazeri.az-a hicab məhbusu Elçin Quliyevin yaxınları məlumat verib.
Verilən məlumatda qeyd olunur ki, Elçin Quliyev 17-ci CÇM-ə köçürüldükdən sonra camaat namazları təşkil etməsi səbəbilə karsa salınıb. Onun həbsxana rəhbərliyi ilə müəyyən problemləri yarandıqdan sonra, bir neçə dəfə ona “kars” cəzası verilib. Daha sonra isə 3 aylıq “karsa” (pkt) salınıb.
Bir neçə gün öncə qardaşı Elçin Quliyevlə görüşüb.
Qardaşının dediyinə görə, o hər gün döyülür və bunun nəticəsi olaraq, üzündə və digər bədən nahiyyələrində şiş və göyərmə əlamətləri var. Elçin Quliyev “pkt”dən sonra “Tubzon”a (vərəmli məhbuslar üçün cəza çəkmə müəsisəsinə) göndərməklə təhdid olunub.
Qeyd edək ki, Elçin Quliyev Nərimanov rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
5 oktyabr 2012-ci Təhsil nazirliyinin qarşısında keçirilən “hicaba azadlıq” aksiyasında onlarla nəfər həbs olunmuşdur. Hicab məhbuslarına uzun müddət məhkəmədə təşkil etdilər. onların bəziləri hələ də həbsdədirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu