İyunun 4-də Nərimanov Rayon Məhkəməsində bir qrup hicab məhbusuna hökm oxunub.
Aydın Məmmədov 2 il 3 ay, Elçin Quliyev, Elşən Haşımov, Ruhid Abbasov, Bayraməli Vəlişov, Dadaş Vəliyev, Səxavət Quliyev və Sahil Rzayevin hər biri 2 il, Rauf Qarayevlə Elçin Məmmədovun hər biri 1 il 9 ay, Ülfət Qasımlı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında polis 40-a yaxın şəxsi həbs edib.
Aksiyada baş verənlər hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə kimi maddələrlə günahlandırılırlar.
Təqsirləndirilən şəxslərin məhkəməsi qrup şəklində aparılır. İndiyədək 35 nəfər azadlıqdan məhrum edilib.