AzərbaycanXƏBƏRLƏR

Azərbaycan hökuməti seçkilər ərəfəsində himayə axtarışında

Azərbaycan Respublikası hökuməti bu respublikada seçkilər ili olmasına görə himayə axtarışındadır.

Azərbaycan hökumət rəsmiləri bu ölkədə prezident seçkilərinin keçiriləcəyi haqda himayələri cəlb etmək üçün başqa ölkələrə səfər edirlər. misal üçün Azərbaycan Respublikası Prezident Administrasiyasının sədri Ramiz Mehdiyevin İrana səfəri, xarici İşlər naziri Elmar Məmmədyarovun sionist İsrail rejimi və Rusiyaya səfərini göstərə bilərik. Amma hadisələr göstərir ki, Azərbaycan hökumətinin bu istiqamətdəki səylərinə rəğmən onlar öz hədəflərinə çata bilməyəcəklər. buna görə də səfərlər davam edəcək. Xarici işlər naziri Elmar Məmmədyarov Amerikaya səfər etdi. Bundan əlavə Parlament sədri Oqtay Əsədov Belçikaya səfər edəcək.

Bu məlumatda sonra bildirilir ki, Elmar Məmmədyarov və Oqtay Əsədovun səfərlərindən əsas məqsəd seçkilərdə dəstək qazanmaqdır. Bu məlumata əsasən nəqliyyat naziri Ziya Məmmədov və fövqəladə hallar naziri Kamaləddin Heydərov bu istiqamətdə fəal iştiraka malikdirlər. Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan və Amerika Birliyi tərəfindən, Kamaləddin Heydərovun oğlu Taleh Heydərov Azərbaycan və Avropa Cəmiyyəti tərəfindən bu işə yardım edirlər. Qeyd edilən məlumata əsasən Ramiz Mehdiyevin yaxın gələcəkdə Rusiyaya səfər etməsi gözlənilir.

Eyni halda Yeni Müsavat qəzeti Azadlıq Evi Beynəlxalq Təşkilatının sədri Deyvid Kramerə istinadən belə yazıb: Azərbaycan hökuməti öz qüdrətindən sui-istifadə edərək, hökumət müxaliflərini hədəf tutur. Deyvid Kramer deyib: mənim fikrimcə həbslər və təzyiqlər seçkilərin keçirilməsi ilə əlaqədədir. Məncə hökumət müxalifləri təqib etmək yerinə öz diqqətini seçki rəqabətlərinə təmərküzləşdirməlidir.

Bu qəbildən olan hadisələrin Azərbaycan Respublikası ilə Amerika arasındakı əlaqələrə təsir edəcəyini bildirən Kramer sonra deyib: Amerikanın Bakıdakı səfiri Riçard Morninqstar dəfələrlə bu vəziyyət haqda fikirlərini bildirib və bu məsələni Azərbaycan Respublikası rəsmiləri ilə ortaya atıbdır.

Həmçinin Amerikanın dövlət katibinin müavini Tomas Meliya media mənsubları ilə müsahibəsi zamanı insan haqları və demokratiya haqda danışıbdır. Bu bir daha göstərir ki, Obama hökuməti Azərbaycan Respublikasının vəziyyətindən nigarandır.

Eyni halda Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib: Amerikada Milli Demokratiya müəssisəsi özünün Azərbaycandakı fəaliyyətini davam etdirəcək. Azərbaycan hökuməti bizə məlumat veribdir ki, Amerikanın Milli Demokratiya müəssisəsinin məsələsi həll edilib və bu təşkilat Azərbaycanda vətəndaş cəmiyyətinin genişləndirilməsinə yardım istiqamətindəki fəaliyyətini davam etdirəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu