AsyaAvropaDünyaXƏBƏRLƏR

Rusiyan Krımın müstəqilliyini tanıdı

Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqqında” fərman imzalayıb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, Rusiya Federasiyasının prezidenti fərmanında deyilir: “Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın.
Qeyd edək ki, dünən Krım parlamenti bir bəyanat yayaraq BMT-dən və dünyanın bütün ölkələrindən Krımın müstəqilliyini rəsmən tanımalarını istəyib.
Krımda keçirilən dünənki referendumda səs verənlərin 96 faizindən çoxu bu yarımadanın Rusiyaya birləşməsinə müsbət səs verdi. Qərb dövlətləri isə elan ediblər ki, bu referendum qeyri-qanunidir və ardınca Avropa Birliyi və Amerika Rusiya və Ukrayna rəsmilərindən 21 nəfərə sanksiyalar tətbiq ediblər.
Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü bir bəyanatda, Rusiya habelə Krım əhalisinin istəyinə hörmət edilməsini istəyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu