İran İslam Respublikası xarici işlər naziri Ketrin Eştonla görüşməkdən imtina edib.
İran xarici işlər naziri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi arasında martın 17-də Vyanada bir işgüzar şam yeməyi zamanı keçirilməsi planlaşdırılan görüş ləğv edilib.
Məhəmməd Cavad Zərif Ketrin Eştonun İrana səfəri zamanı martın 9-da Avstriyanın Tehrandakı səfirliyində fitnə ünsürləri ilə görüşməsinə etiraz olaraq belə bir addımı atıb.
İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, Seyid Abbas Əraqçı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtin növbəti nüvə müzakirələrinin gündəliyini müəyyənləşdirmək üçün bir araya gəlmələri gözlənilir.