Əfqanıstanın Mərkəzi Seçki Komissyası ölkədə 5 apreldə keçirilən prezident seçkilərinin qəti nəticələrinin elan edilməsinin təxirə salınmasını bildirib.
Frans Press Əfqanıstan Mərkəzi Seçki Komissiyasının sözçüsünə istinadən yazıb: Seçkilərin qəti nəticəsinin ictimaiyyətə elan edilməsinin təxirə salınmasının əsas səbəbi, seçkilərdə saxtakarlığa yol verilmə ilə bağlı iddialar və bununla bağlı şikayətlərin daxil olması olub.
Bundan qabaq Əfqanıstanın MSK-ı 5 apreldə keçirilən seçkilərin nəticələrinə toxunaraq qeyd etmişdir: Seçkilərdə Abdullah Abdullah və Əşrəf Əli Əhmədzi müvafiq olaraq səslərin 44.9 , 35.5 faizini qazanmışlar. Lakin səslərin 50 faizini qazana bilmədikləri üçün birinci dövrdə qalib ola bilməmişlər. Əfqanıstanın seçki məcəlləsinə görə namizədlər seçkilərin birinci turunda qələbə çalmaq üçün səslərin təqribən 51 faizini qazanmalıdırlar.