İran dövlətinin sözçüsü deyib: Qonşu ölkələrlə münasibətlərin genişləndirilməsi İİR dövlətinin əsas prioritetini təşkil edir.
İRNA xəbər verir: Çərşənbə günü jurnalistlər qarşısında bu məqama toxunan Məhəmmədbaqir Nobəxt əlavə olaraq deyib: Ərəbistanın qonşu ölkə olduğunu xüsusilə də onunla əlaqələrin genişləndirilməsinin regionun xeyrinə olacağını nəzərə alaraq İran dövləti bu ölkə ilə münasibətlərini qarşılıqlı maraqların təmin edilməsi çərçivəsində möhkəmləndirmək əzmindədir.
Nobəxt habelə Ərəbistanın İranın xarici işlər nazirini Əriyyada səfərə dəvət etməsini iki ölkə münasibətlərinin genişləndirilməsi üçün əlverişli fürsət sayıb.
İran dövlətinin sözçüsü həmçinin İran prezidenti Həsən Ruhaninin Çinə baş tutacaq səfərinə işarə edərək deyib: Qabaqcadan Çin ilə gəldiyimiz razılığa uyğun olaraq bu səfər yaxın zamanda baş tutacaq.
