İranXƏBƏRLƏR

Əfqanıstan prezidenti İran rəhbərini təbrik edib

Əfqanıstan prezidenti İranda prezident seçkilərinin uğurlu keçməsi münasibəti ilə İslam İnqilabının Böyük Rəhbəri və İran xalqını təbrik edib.

Hamed Kərzay şənbə günü bir müraciətdə İranda 11-ci prezident seçkilərinin dinc və uğurlu keçməsi münasibəti ilə İslam İnqilabının Böyük Rəhbəri- Həzrəti Ayətullah-ul-uzma Xameneini və İran xalqını təbrik edib.
Kərzay bu müraciətdə İranda seçkilərin dinc keçməsi və xalqın həmin seçkilərdə yüksək səviyyədə iştirak etməsinə işarə edərək, 14 iyun seçkilərini İranda digər bir demokratik addım adlandırıb.
Əfqanıstan prezidenti habelə ümidvarlıq edib ki, iki ölkə əlaqələri İranda yeni dövlətin hakimiyyətə gəlməsindən sonra genişlənəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu