Əfqanıstanda Amerikanın pilotsuz təyyarələrinin hücumları nəticəsində ən azı 18 nəfər dünyasını dəyişib.
Press Tv-nin Əfqanıstandakı yerli mənbələrə verdiyi məlumata əsasən bu hücum Əfqanıstanın cənubunda baş verib.
Amerikanın pilotsuz təyyarələrinin Əfqanıstandakı hücumlarının qurbanlarının əksəriyyətini mülkilər təşkil edir.
Mülkilərin tələfatının sayının artması Əfqanıstanda xarici hərbçilərin bu ölkədən çıxarılması üzrə istəklərin çoxalmasına səbəb olub.