Amerikanın pilotsuz təyyarələri Əfqanıstanın şərqini bombardman ediblər.
Press TV-nin verdiyi məlumata görə şənbə günü(22 fevral) Amerikanın, Əfqanıstanın Qəzney vilayətinə olan hava hücumunda ən azı 3 nəfər dünyasını dəyişdi, başqa bir qrup isə yaralanıb.
Amerikanın, Əfqanıstanın müxtəlif məntəqələrinə hücumlarının davam etməsi, Əfqanıstan xalqının qəzəbinə səbəb olub və Hamid Kərzay hökuməti də bu hücumları, bu ölkənin istiqlaliyyəti, hakimiyyəti və ərazi bütövlüyünün pozulması adlandırır.
Amerikanın hücumlarının davam etməsi elə bir haldadır ki, Əfqanıstan prezidenti Hamid Kərzayın Amerika ilə təhlükəsizlik müqaviləsi imzalamaq üzrə şərtlərindən biri, ABŞ-ın Əfqanıstana hücumlarına son verilməsidir.