Dünya

Associated Press: Küveytdəki Əli əs-Salim bazası İran tərəfindən 30 dəfə hədəf alındı

Associated Press: Küveytdəki Əli əs-Salim bazası İran tərəfindən 30 dəfə hədəf alındı

Associated Press peyk görüntülərinə istinadən xəbər verib ki, müharibə başlayandan bəri Küveytdə yerləşən Əli əs-Salim hava bazası İran tərəfindən ən azı 30 dəfə hədəf alınıb.

Hücumlar nəticəsində ən azı 15 təyyarə anqarı, bir neçə anbar və 10 bina zədələnib və ya dağıdılıb.