Pakistanın Bəluçestan əyalətində bomba partlayışı nəticəsində iyirmi səkkiz şiə zəvvar şəhid olub və ya yaralanıb.
Terrorçular çərşənbə günü Pakistanın Bəluçestan əyalətinin Əxtərabad məntəqəsində şiə zəvvarları daşıyan avtobusun hərəkəti yolunda, bir şose yolunun kənarında bomba yerləşdirərək, azı üç zəvvarın şəhid olması, iyirmi beş nəfərin də yaralanmasına bais olublar.
Yaralılardan bəzilərinin vəziyyəti ağır elan olunub və ola bilsin, bu terror partlayışında həlak olanların sayı artsın.
Şiə zəvvarları daşıyan avtobus İrandan Pakistanın Bəluçestan əyalətinin mərkəzi sayılan Kvetta şəhərinə gedirmiş ki, partlayışdan sonra alovlanıb və terrorçular ondan sonra müsafirlərə tərəf atəş açmağa başlayıblar.