Sionist rejimin informasiya naziri deyib: Mümkündür ki, Suriya prezidenti Bəşşar Əsəd müxaliflərə qarşı qələbə çalsın.
Röytersin Beytül-Müqəddəsdən verdiyi məlumata görə, sionist rejimin beynəlxalq, strateji və informasiya məsələləri naziri Yuval Ştaynits xarici jurnalistlərin suallarını cavablandırarkən “Suriya hökumət qüvvələrinin müxaliflər üzərindəki uğurlarını Suriya rəhbərliyinin qələbəsi kimi hesab etmək olarmı?” sualına cavabda bu sözləri deyib.
Ştaynits deyib: Mən həmişə düşünmüşəm ki, sonda Əsədin müxaliflər qarşısında qələbə çalması və üstün olması mümkündür. Fikrimcə, bu mümkündür və bir müddət öncədən təsəvvür edirdim ki, bu imkan vardır.
Ştaynits əlavə edib: Əsəd hökumətinin hətta Suriya ərazilərinin üsyançılardan geri alması mümkündür.
Röyters əlavə edir ki, bu açıqlamalar sionist rejim və qərb ölkələrinin Suriyanın taleyini proqnoz və onun məsələlərində müdaxilə etməkdə problemlərlə qarşılaşdıqlarını göstərir.
2011-ci ilin iyun ayında Suriyada dinc etiraz aksiyaları ilə qarşıdurmalar başlandıqdan 3 ay sonra sionist rejimin o vaxtkı müharibə naziri Ehud Barak Əsəd hökumətinin bir neçə həftə ərzində süqut edəcəyini proqnoz etmişdi.