AsyaDünyaSuriyaXƏBƏRLƏR

Netanyahu Suriyada terrorçuları dəstəklədiyini etiraf edib

Sionist rejimin baş naziri Suriyadakı terrorçuları dəstəklədiyini etiraf edib.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, Benyamin Netanyahu bu gün Suriyadakı təkfirçi terrorçuları dəstəklədiyini etiraf edərək, deyib ki, İsrail rejimi həmin qrupların mindən yuxarı yaralısını işğal olunmuş Fələstində müalicə edibdir.
Bundan öncə informasiya qaynaqları sionist rejimin Suriyadakı terrorçulara maliyyə və silah köməklərindən xəbər vermişdilər.
Belə bir halda, suriyalı qaynaqlar bildiriblər ki, Suriyada sionist rejim istehsalı olan silahlar aşkarlanaraq, müsadirə olunub.
Digər tərəfdən, sionist rejim ordusu dünən Suriyadakı təkfirçi terrorçulara dəstək istiqamətində tank mərmiləri ataraq, Suriya ordusu qüvvələrinin yerləşdikləri məkanları və bəzi yaşayış massivlərini hədəfə alıbdır ki, nəticədə on bir nəfər yaralanıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu