AsyaDünyaİranXƏBƏRLƏR

İran və “Altılıq” qrupunun ekspert iclası bu gün davam edir

Vyanada İranla 5+1 qrupu arasında ekspert iclası yerli vaxtla saat onda başlanıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, ötən gün yerli vaxtla Vyana şəhərində BMT qərargahında saat 11-də başlayan İranla 5+1 qrupunun ekspertlərinin 1-ci iclası saat 18:00-da sona çatıb.
Bugünkü iclas iki hissədə davam etdiriləcək.
Bu müzakirələrin cümə gününə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının sessiyasına qədər davam etdirilməsi qərara alınmışdır.
İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq məsələlər üzrə idarəsinin baş direktoru Həmid Bəidinejad və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Katrin Aştonun ali müşaviri Stefan Klement üç günlük planlaşdırılan bu iclasa rəhbərlik edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu