Suriyada Əsəd hökumətinə qarşı savaşan silahlı müxalifət mənbələri bildirirlər ki, Qətərin himayəsində olan bir terrorçu dəstə başı Suriya ordusunun hava hücumları zamanı həlak olub. Bu hadisə zamanı terrorçuların daha iki sərkərdəsi də yaralanıb.
Hələb Nyus telekanalı bildirir: Cümə axşamı günü Suriya ordusunun silahlı müxaliflərin ələ keçirdikləri bir hərbi bazanı bombalaması zamanı “Tövhid Batalyonu” adlı dəstənin komandanı, Əbu Təyyib adı ilə tanınan Yusif əl-Əbbas həlak olub. Bu silahlı qruplaşma Qətər tərəfindən himayə olunur və Suriyada Əsəd hökumətinə qarşı savaşan ən böyük terror dəstələrindəndir.