Rusiya: Suriyada kimyəvi silahdan istifadə ilə bağlı terrorçuların iddiası təhrikedicidir
Rusiya Suriyada Əsəd hökuməti ilə müxalif olanların ordu tərəfindən Dəməşqin ətrafında yerləşən məntəqədə kimyəvi silahdan istifadənin edilməsi ilə bağlı terrorçuların iddiasını təhrikedici addım adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bir bəyanat yayaraq bildirib ki, BMT-nin kimyəvi silahlarla bağlı təftiş qrupunun Suriyaya daxil olması ilə bir vaxtda bu iddia ilə bağlı xəbərlər birdəfəyə regionun bütün KİV-ləri tərəfindən geniş formada efirə verildi, sanki bu, bir göstəriş əsasında baş tutub.
PressTV-nin məlumatına görə, Rusiya XİN-i həmçinin, bu hücumlarla bağlı profesional və məqsədyönlü şəkildə araşdırmaların aparılmasını istəyərək, bildirib: Bundan öncə də bu kimi məlumatların yalan olduğu artıq sübuta yetirilib.