
Əfqanıstan paytaxtı Kabil bu gün anti-Amerika aksiyasının şahidi olub.
Kabil əhalisindən minlərlə nəfər Əfqanıstanın Vərdək vilayətinin sakinləri ilə yanaşı bu gün bu ölkənin mərkəzində aksiya keçirib, “Amerikaya ölüm!” şüarı verərək ABŞ-ın komandanlığı altında olan xarici hərbçilərin tez bir zamanda Vərdək vilayətindən çıxmalarını tələb edib.
Hiddətlənmiş aksiyaçılar Əfqanıstan Nümayəndələr Məclisinə doğru hərəkət edərək xəbərdarlıq ediblər ki, amerikalı hərbçilərin Vərdək vilayətindən çıxmayacaqları halda ağır nəticələrin intizarında olmalıdırlar.
Aksiyaçılar öz şüarlarında habelə Vərdək vilayəti əhalisinə işgəncə vermək və onları qətlə yetirmək ittihamı ilə amerikalı hərbçilərin mühakimə olunmalarını istəyiblər.
ABŞ hərbçiləri son zamanlar Vərdək vilayətinin əhalisindən 10 nəfəri oğurlayıblar ki, indiyə kimi onların taleyi barədə heç bir xəbər yoxdur.
Bundan öncə də Vərdək vilayətinin sakinləri ölkələrinin işğalının davam etməsinə qarşı öz hiddət və nifrətlərini bildirərək ABŞ hərbçilərinin bu vilayət əhalisinə qarşı vəhşicəsinə hücumlarını pisləyiblər.