ABŞ hərbçilərinin İordaniyada olmasına etiraz edənlər bu ölkənin paytaxtı Əmmanda Amerikanın bayrağını yandırıb və bildiriblər ki, amerikan hərbçilərin ölkələrindəki iştirakı İordaniyanın hakimiyyət haqqının pozulması mənasındadır.
əl-Rəy xəbər portalı bildirib ki, İordaniya kralı 2-ci Abdulla elə bir şəraitdə Vaşinqtonda səfərdədir ki, yüzlərlə iordaniyalı ABŞ hərbçilərinin ölkələrindəki iştirakına etiraz olaraq, küçələrə axışıb və ABŞ-ın bayrağını yandırıblar.
Solçu və islamçı partiya və siyasi cərəyanların dəvəti ilə Əmmanın əl-Hüseyni məscidinin önündən başlayan bu etiraz aksiyasında iştirak edənlər amerikan hərbçilərin İordaniyadakı iştirakını ölkələrinin hakimiyyət haqqının pozulması kimi dəyərləndiriblər.
Yüzlərlə nəfər də cümə namazında iştirak etdikdən sonra Ərbəd və əl-Zərqa məntəqələrində ABŞ hərbçilərinin İordaniyadakı iştirakına etiraz olaraq aksiya keçiriblər.
ABŞ-ın Əmmandakı səfirliyi bundan öncə bir bəyanat yayaraq, amerikalılardan istəmişdi ki, Əmmanda gözə görünməsinlər.
Bundan öncə ABŞ Suriyada böhranın dərinləşməsinin ardınca İordaniyadakı hərbi iştirakını möhkəmləndirmək üçün bu ölkəyə 200 hərbçi göndərmişdi.
İordaniya xalqı ötən həftə də ölkənin iqtisadi vəziyyətinə, korrupsiya və ABŞ hərbçilərinin ölkədəki iştirakına etiraz olaraq aksiya keçirmişdi.
