Bir amerikalı hərbçi Qəndəhar vilayətində 16 əfqan mülkini qətliam etməsinə etiraf edib.
39 yaşlı Robert Bilz adlı amerikalı hərbçi ötən milad ilində 16 əfqan mülkini qətlə yetirməsinə etiraf edib. Bu hərbçi hərbi istintaq iclasında iştirak edərək, edam hökmündən qaçmağa çalışəır.
Bu amerikalı hərbçi ötən mart ayında Əfqanıstanın cənubunda 16 əfqanı qətlə yetirmişdi.
Onun vəkili son zamanlar bildirdi ki, müvəkkili prokurorun onun edam edilməsi ardınca olmadığı təqdirdə özünün günahkar olmasına etiraf edəcək.
Deyilənlərə görə bu amerikalı hərbçinin qurbanları baş nahiyəsindən hədəfə alınıblar. Həmçinin bu hərbçinin qətliam etdiyi qurbanlardan bir neçəsini yandırdığı da bildirilir.
Bu hərbçinin vəkili spirtli içkilər, narkotik maddələr və stressi bu qəmli hadisənin baş verməsində təsirli olduğunu bildirir. Bu məhkəmə işinə baxan prokuror bu amerikalı hərbçinin hərəkətini olduqca çirkin və nifrətedici hərəkət adlandırıb.