DünyaXƏBƏRLƏR

Ayətullah Cənnəti prezident seçkilərində ən münasib şəxsin seçilməsinə təkid edib

Tehranın cümə namazı xətibi 11-ci prezident seçkilərində ən münasib şəxsin seçilməli olmasına təkid edib.

Ayətullah Əhməd Cənnəti bu gün Tehranın cümə namazı xütbələrində 1392-ci günəş ilinin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən “Siyasi və İqtisadi Qəhrəmanlıq” ili adlandırılmasını xatırladaraq, deyib: İranın ən mühüm siyasi məsələsi 11-ci prezident seçkiləridir.

Tehranın cümə namazı xətibi İran İslam Respublikası prezidentinin İran xalqı tərəfindən seçilməsinin yüksək diqqət və bəsirətə ehtiyaclı olduğunu vurğulayaraq, deyib: İran xalqı ən münasib şəxsi prezidentlik məqamı üçün seçməlidir.

Ayətullah Cənnəti İranın gələcək prezidentinin ən vacib şərtlərini İran İslam Respublikası quruluşuna iman, qanunçuluq, idarəetməni bacarmaq, imanlı və təqvalı olmaq adlandırıb.

O, sanksiyaların ləğvi üçün ABŞ ilə danışıqlardan dəm vuran bəzi seçki namizədlərinə xitabən deyib: ABŞ qarşısında təslim olmaq, onlara mütləq təslim olmaq mənasındadır.

Ayəullah Cənnəti seçkiləri İranın siyasət səhnəsinin ən mühüm hadisəsi və Siyasi Qəhrəmanlığın məzhəri adlandırıb və deyib:

Adi və ənənəvi işlər ilə qəhrəmanlıq etmək mümkün deyil. Heç bir qorxu-hürkü hiss etməyən iradəli dəstə ilə düşmən xəttini yarmaq , düşməni geri oturtmaq lazımdır.

Tehranın cümə namazı xətibi əlavə edib: İranın gələcək prezidenti ölkənin idarə edilməsi üçün aydın və şəffaf proqrama malik olmalıdır ki, Qərbin İrana qarşı birtərəfli sanksiyalarının önünə keçə və yaranmış iqtisadi problemləri həll edə bilsin.

Ayətullah Cənnəti İranda seçkilərin azad, sağlam və müxtəlif səliqələrə uyğun seçkilər olduğunu deyərək, vurğulayıb: ABŞ başda olmaqla düşmənlər daha öncə seçkilərdə saxtakarlıq bəhanəsi ilə quruluşa zərbə vurmağa çalışmışdılar. Amma, buna nail ola bilmədilər.

Tehranın cümə namazı xətibi həmçinin, cümə namazının birinci xütbəsində İslam nöqteyi-nəzərində düzgün yaşam tərzinə işarə edərək, deyib: Bugünkü yaşam tərzini və cəmiyyəti İslam prinsipləri ilə dəyərləndirmək lazımdır.
O, Quran və İlahi göstərişlərə diqqət göstərməyi zəruri adlandırıb və əlavə edib: Əgər gündəlik həyatımızda İlahi göstərişlərə əməl edilərsə, bir çox problemlər öz həllini tapar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu